Bu, bizim səlahiyyətimizə aid deyil, çünki bu cür məlumat mübadiləsi xüsusi xidmət orqanlarının kanalları ilə baş verir, informasiya birbaşa xidmətdən xidmətə ötürülür.Azadmedia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın “Krokus Siti Holl”un terror hücumunun hədəfi ola biləcəyi ilə bağlı Rusiyaya xəbərdarlıq etməsi xəbərini şərh edərkən deyib.Belə ki, Kreml nümayəndəsindən ABŞ-ın Moskva sinaqoqunda terror aktının qarşısını almağa kömək edib-etmədiyi də soruşulub.Həmçinin Peskov bu sualı da cavabsız qoyub:“Bu sual da bizə aid deyil”.