EN

Əmrullayev özünə yeni müşavir təyin etdi

Azər Abizadə elm və təhsil nazirinin müşaviri təyin edilib.

Publika.az xəbər verir ki, bununla bağlı nazir Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, Azər Abizadə bakalavr təhsilini Türkiyənin Boğaziçi Universitetində biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Məzun olarkən “İlin ən uğurlu xarici məzunu” mükafatına layiq görülüb. 2012-ci ildə ABŞ-nin Roçester Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

Chosen
243
48
publika.az

10Sources