EN

Direktorun qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Bakı. Trend:

Direktorun qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işiməhkəməyə göndərilib.

Trend xəbər verir ki, bu barədə Cəlilabad rayon prokurorluğuməlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam ortaməktəbin direktoru Azər Əsgərovun qanunsuz hərəkətləri ilə bağlıBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəbaşlanaraq aidiyyəti üzrə Cəlilabad rayon prokurorluğunagöndərilmiş cinayət işinin istintaqı tamamlanıb.

Toplanmış sübutlarla Azər Əsgərovun direktor səlahiyyətləriniicra etdiyi dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərssaatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarlaümumilikdə 26 min manatdan çox dövlət əmlakı olan büdcə vəsaitinimənimsəmə və ya israf etmə yolu ilə talamasına əsaslı şübhələrmüəyyən edilib.

Azər Əsgərova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluqmövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqlamənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindənsui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittihamelan edilərək, cinayət işi baxılması üçün Cəlilabad rayonməhkəməsinə göndərilib.

Chosen
113
12
az.trend.az

8Sources