EN

Bəlucların silahlı "Ceyşül Ədl" təşkilatı silahlı qarşıdurma ilə bağlı bəyanat yaydı

Bəlucların silahlı "Ceyş əl-Ədl" təşkilatı Sistan və Bəlucistanda baş verən silahlı qarşıdurma ilə bağlı bəyanat yayıb.

Bəyanatda İran rəsmilərinin ölü və yaralı sayı ilə bağlı verdiyi məlumatların həqiqətə uyğun olmadığı və və 200 hökumət məmurunun öldürüldüyünü iddia edib.

"Daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavininin hərbi qüvvələrinin itkiləri ilə bağlı iddiası gülüncdür. “Ceyş əl-Ədl təşkilatının tərəfdarları ilə hökumət qüvvələri arasında 4 bölgədə baş verən qarşıdurma zamanı hökumətin 6 orqan və hərbi təşkilatın ən azı 200 qüvvəsi öldürülüb”,- bəyanatda qeyd edilib.

Qeyd edək ki, İran Daxili İşlər Nazirliyi yaydığı bəyanatda 5 hökumət məmurunun öldürüldüyünü, 10 məmurun yaralandığını və 15 silahlının zərərsizləşdiridiyini elan edib.

İranın "Mehr" xəbər agentliyi isə 3 SEPAH və 4 polis üzvünün öldürüldüyünü yazıb.

Qeyri-rəsmi mənbələr ölü və yaralı sayının elan edilən rəsmi saydan daha çox olduğunu bildirirlər.

visiontv.az



Chosen
94
3
visiontv.az

4Sources