EN

Azərbaycanlı həkimlər xarici həmkarları ilə bir arada…

Aprelin20-də "JW Marriott Absheron" otelinin Şərq zalında keçiriləcək "I Beynəlxalq Elmi-Praktiki Simpozium "da Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində çalışan 3 həkim də çıxış edəcək. İtaliya, İcveçrə və Türkiyənin dünyada tanınmış həkim və mütəxəssislərinin mühazirə söyləyəcəyi bu beynəlxalq tədbirdəalim və həkimlərimizin də yer alması ölkəmizin səhiyyə sistemindəki inkişafa bir nümunədir.


Bu onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən həkim və mütəxəssislər tibbin istənilən sahəsinə aid mövzularla bağlı beynəlxalqlektorlarla müqayisə edilə,fikir mübadiləsi apara biləcək bilik və təcrübəyə malikdirlər.


Simpoziumun məruzəçilərindən biri--tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, həkim-terapevt Fikriyyə İbrahimliartıq neçə illərdir ki, beynəlxalq dərəcəli lektordur.İnteqrativ Təbabət üzrə ekspert kimidəfələrlə Avropa ölkələrində keçirilən tədbirlərə məruzəçi olaraq dəvət alıb. Fikriyyə xanım həm də Beynəlxalq Elmlər Akademiyasının akademiki, Azərbaycanda təsis edilmiş “Bioloji Təbabət və Antihomotoksik Terapiya” Cəmiyyətinin sədridir. İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzinin rəhbəri kimiAzərbaycanın müxtəlif rayonlarında və Naxçıvan Muxtar Respublikasında təşkil edilən onlarla seminar və konfranslarda yerli həkimlərə İnteqrativ Təbabətin müalicə metodları barədə mühazirələr oxuyub. Belə tədbirlər sayəsində artıq müxtəlif bölgələrdə fəaliyyət göstərənyüzlərlə həkim öz praktikasında bu fərqli müalicə üsullarını tətbiq etməyə başlayıb.


\Qeyd edək ki, İnteqrativ Təbabətin müalicə imkanları çox genişdir. Xroniki və degenerativ xəstəliklərinmüalicəsi zamanı effektivlik baxımından daha önəmli bir metoddur.Çunki, istifadə edilən preparatlar orqanizmə heç bir kimyəvi zərər vermir, ozonoterapiya, osteopatiya, manual terapiya, homosiniatriya, akupunktura kimi sübut olunmuş müalicə üsulları xəstəliyin deyil, bütövlükdə xəstənin sağalmasına yönəldiyindən yalnızpasientin səhhətindəki problemlər aradan qalxmır,əhval-ruhiyyəsində, psixoloji durumunda da müsbət dəyişiklliklər olur.


Simpoziumda çıxış edəcək digər 2 həkim Arzu Musayeva və Arzu Quliyeva uzun illərdir Bioloji Təbabət İnteqrativ Müalicə mərkəzində terapevt kimi fəaliyyət göstərirlər. Hər ikisi 15 ilə yaxın bir müddətdir ki, İnteqrativ Təbabət üzrə Almaniya, İtaliya, İsveçrə, Rusiya və s. ölkələrin mütəxəssislərinin seminarlarında iştirak edərək bu sahədəözlərini təkmilləşdiriblər. Artıq həm Arzu Musayeva, həm də Arzu Quliyevanın pasientləri arasında təkcə Azərbaycandan deyil, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Rusiya və s. ölkələrdən müraciət edən vətəndaşlar da var. Arzu Musayevanın şəkərli diabetin və damar tutulmalarının gecikmiş fəsadı olan trofik xoraların müalicəsində uğurlu nəticələri Almaniyada bu təbabətin banisi H. Rekkeveq mükafatına layiq görülüb.Arzu Quliyeva isə müalicəyə çətin tabe olan xoralı kolit və kron xəstəliyinin müalicəsində əldə etdiyieffektli nəticələrə görə ölkədə tibbi turizmin inkişafına daha çox töhvə verən həkimlərdən sayılır.


Xatırladaq ki, simpozium XRONİKİ XƏSTƏLİKLƏRİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA" mövzusuna həsr olunub.


Medicina.az



Chosen
84
1
medicina.az

2Sources