EN

ABŞ rəsmisi: "Ukraynanın NATO-ya qəbulu bu halda baş tutacaq"

“NATO Ukraynanı yalnız bütün müttəfiqlərin razılığı ilə və hərbi əməliyyatlar başa çatdıqdan sonra öz sıralarına qəbul edəcək”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit Corctaun Universitetində keçirilən seminarda məlumat verib.

O bildirib ki, NATO bu ilin yay sammitində Kiyev üçün müəyyən qərarlar hazırlayacaq: “Həqiqətən, Ukrayna üçün nəzərəçarpacaq nəticə əldə edəcəyik”.
Smit qərarla bağlı bütün təfərrüatları açıqlamayıb.

Bizim.Media
 

Chosen
257
3
bizim.media

10Sources