EN

“Makron odla oynayır” – Rusiya XİN


“Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi kontingentin mümkün göndərilməsi ilə bağlı müzakirələrə başlamaqla odla oynayır”.
Yeniavaz.com
xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.
“Belə söhbətlər narahatlıq doğurmaya bilməz. Ukraynaya hərbi müdaxiləyə çağıran siyasətçilər odla oynayırlar”, - diplomat Fransa liderinin müvafiq bəyanatlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, bir çox Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını siyasi vəziyyətə və seçki maraqlarına qurban verirlər:
“Görünür, onlar böhranın eskalasiyası və böyüməsi risklərini dərk etmirlər. Bu, siyasi infantilizmdir. Kiyev rejimini silahla təmin etmənin davam etdirilməsinin nəticələri ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoyulmur”.
Xatırladaq ki, daha əvvəl Makron Parisdə 20-yə yaxın Qərb dövlətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ukraynaya mümkün quru qoşunlarının göndərilməsi mövzusunu qaldırıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz.
Chosen
176
14
yeniavaz.com

10Sources