Mançester Universitetinin alimləri müəyyən ediblər ki, parlaq günəşə məruz qalmaq dərinin səthindəki bakteriya müxtəlifliyini azaldır və bu, dermatit, ekzema və psoriazın inkişaf riskini artıra bilər. Tədqiqatda iştirak etmək üçün isti ölkələrə tətilə getməyə hazırlaşan könüllülər seçilib. Tətil başlamazdan əvvəl alimlər hər bir iştirakçının dərisinin vəziyyətini təhlil edərək, onun səthindəki aktinobakteriyaların, proteobakteriyaların və firtikutların sayı və tərkibini qiymətləndiriblər. Evə qayıtdıqdan sonra 1, 28 və 84-cü günlərdə iştirakçıların dəri mikrobiomunun tərkibi yenidən təhlil edilib.Saglamolun.Az