EN

“Prezident olsaydım, İran İsrailə hücumu xəyal belə etməzdi” – Tramp 

“Mən prezident olsaydım, İran heç vaxt İsrailə hücum etməyi xəyal etməzdi”. 

Bizim.Media xəbər verir ki, bunu Donald Tramp cümə günü Floridadakı Mar-a-Laqo mülkündə Nümayəndələr Palatasının sədri, partiya üzvü Mayk Consonla görüşdən sonra mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

“Mən Prezident olsa idim, İran hücum etmək vəziyyətində olmayacaqdı. Onların pulu olmayacaqdı, sındırılacaqdılar”, - ABŞ-ın keçmiş prezidenti fikrini izah etdi.
ABŞ-ın keçmiş prezidenti İsrailin baş naziri Benyamin Netanyahu ilə təmaslarının olub-olmaması sualını cavabsız qoyub və əlavə edib ki, “prezident Baydenin fikrincə, hücumlar qaçılmazdır”.

“Bu, ölkəmiz üçün çox təhlükəli dövrdür və bunun əsas səbəbi prezidentimizin səriştəsiz olmasıdır”, - Tramp deyib.

Bizim.Media
 

Chosen
294
50
bizim.media

10Sources