EN

Ötən il ən çox hansı ölkələrdən Azərbaycana pul köçürülüb...

2023-cü ildə Azərbaycana 1 milyard 655 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.

 

Modern.az Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə 54,3 % azdır.

 

Köçürmələrin böyük hissəsi - 1 milyard 47 milyon dolları Rusiyanın payına düşüb.

 

Pul köçürmələrində ikinci yeri Türkiyə tutub. Ötən il Türkiyədən Azərbaycana 164 milyon 316 min ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 34,5 % çoxdur. İl ərzində Türkiyədən Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 3,4 %-dən 9,9 %-ə çatıb.

 

2023-cü ildÉ™ AzÉ™rbaycandan TürkiyÉ™yÉ™ isÉ™ 146 milyon 140 min ABÅž dolları pul köçürülüb. Hesabat dövründÉ™ AzÉ™rbaycandan TürkiyÉ™yÉ™ pul köçürmÉ™lÉ™rinin ümumi köçürmÉ™lÉ™rdÉ™ payı 26,2 %-dÉ™n 26,6 %-É™ çatıb. 

 

ABŞ-dən Azərbaycana 73,8 milyon ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 2,1 dəfə azdır. Bu ölkədən Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 4,3 %-dən 4,5 %-ə çatıb.

 

Gürcüstandan Azərbaycana isə 37,5 milyon ABŞ dolları pul köçürülüb. Bu, 2022-ci illə müqayisədə 29,8 % çoxdur.

 

Ötən il Azərbaycana daha çox pul köçürənıər arasıda Böyük Britaniya (33,2 milyon ABŞ dolları) da yer tutub.

Chosen
305
28
modern.az

10Sources