Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistana rəsmi səfərə gedib.AzVision.az xəbər
verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan liderini Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
Səfər çərçivəsində Tokayevin Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyanla görüşləri nəzərdə tutulub.
Həmidə İbrahimova
AzVision.az