EN

Gəncədə şagirdə kəsici alətlə xəsarət yetirilib

Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib.

“Report”un məlumatına görə, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
104
10
oxu.az

9Sources