Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (MN BKİ) rəisi general-leytenant Kirilo Budanov Ukraynadakı müharibənin necə bitəcəyinə dair proqnozlara ehtiyatla yanaşıb.
“Report” xəbər verir ki, bu barədə hərbi kəşfiyyat rəhbəri a müsahibəsində danışıb.
Budanov Rusiyanın mümkün parçalanmasına “etiraz etməyəcəyini” bildirib.
“Rusiyalılar bütün Ukraynanı işğal etməyi, biz isə qələbə paradını... Moskvada keçirməyi xəyal edirik. Başqa sözlərlə, istənilən nəticə az ehtimal olunur”, – hərbi kəşfiyyat rəisi vurğulayıb.
Onun sözlərinə görə, müharibə, Rusiyadakı iqtidar dəyişmədikcə, davam edəcək. Nəşrin jurnalisti həmçinin “danışıqlar yolu ilə Koreya həlli” haqqında soruşub. Budanov isə cavabında dəqiqləşdirib: “Ukraynanın Şimali Koreya olmasını istəyirəmmi deyə soruşursunuz?”.
Xatırladaq ki, daha əvvəl Ukrayna MN BKİ rəisi Kirilo Budanov Almaniyanın ARD telekanalına müsahibəsində Rusiya ordusunun yazın sonu – yayın əvvəlində hücumu gücləndirəcəyini irəli sürmüş, işğalçı qoşunların strateji istiqamətinin Pokrovsk şəhəri olduğunu bildirmişdi.