EN

İstanbulda Fələstinə dəstək mitinqi - Video

Qəzzada xəstəxananın bombalanmasından sonra dünyanın əksər ölkələrində İsrail əleyhinə mitinqlər başlayıb. 

Yenisabah.az xəbər verir ki, İstanbulda da ötən gecə yüzlərlə insan küçələrə axışıb və İsrail əleyhinə çağırışlar edib.

Qeyd edək ki, İsrail Qəzza zolağında Əl-Mamedani xəstəxanasına hücum edib. Bombalı hücum nəticəsində ən azı 800 nəfərin həyatını itirdiyi açıqlanıb. Bildirilir ki, ölənlər arasında binaya sığınan yüzlərlə adamla yanaşı, xəstələr də var. 

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. 

İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib. 


Telegram kanalımız
Chosen
812
48
yenisabah.az

10Sources