Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. Manset.az xəbər verir ki, PSJ Fransada Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü italiyalı Daniele Orsato idarə edəcək. Dortmunddakı ilk matçda meydan sahibləri qələbə qazanıb - 1:0.