EN

AFFA-nın nümayəndələri UEFA-nın seminarında iştirak edib

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə UEFA-nın təşkilatçılığı ilə“Kütləvi futbolda dəyişkən oyun formatları və oyunçunun karyerayolu” mövzusunda seminar keçirilir.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətiaçıqlayıb.

Mayın 12-dən başlayan və 16-dək keçiriləcək tədbirdə 15 ölkənin- Azərbaycan, Xorvatiya, Çexiya, Farer Adaları, Macarıstan,Lüksemburq, Şimali İrlandiya, Şimali Makedoniya, Polşa,Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə və Ukraynanümayəndələri qatılıb. Seminarda AFFA-nın əməkdaşları – KütləviFutbol Departamentinin rəhbəri Farrux İsmayılov, Futbolda SosialMəsuliyyət meneceri Kifayət Mustafayeva və Kütləvi FutbolDepartamentinin mütəxəssisi Orxan Mikayıllı iştirak edirlər.

Seminarda kütləvi futbolda müxtəlif oyun formatlarının tətbiqi,erkən yaşda uşaqların futbolda davamlı olaraq qala bilmələri,sosial məsuliyyətin kütləvi futbolda əhəmiyyətli rolu və digərmövzular haqqında müzakirələr aparılır.

Chosen
452
15
az.trend.az

10Sources