EN

AFFA prezidenti Çeferinlə görüşdü

AFFA prezidenti Rövşən Nəcəf UEFA rəhbəri Aleksander Çeferinlə görüşüb.



Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Tailandın paytaxtı Banqkokda keçirilən FİFA-nın 74-cü Konqresindən əvvəl baş tutub.



Görüşdə UEFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, UEFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.



Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketləraffa Rövşən Nəcəf

Chosen
419
49
komanda.az

10Sources