EN

Millimizin Gürcüstanla oyunları LƏĞV OLUNDU - SƏBƏB

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları arasında mayın 18-də və 21-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan iki yoldaşlıq görüşü baş tutmayacaq.

Buna səbəb Gürcüstan kollektivinin Azərbaycana səfər edə bilməməsidir.

U-17-nin təlim-məşq toplanışı mayın 21-dək davam edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
406
20
bizim.media

10Sources