EN

DİN iki gündə kartlardan oğurlanan pulların sayını açıqladı

Bakı. Trend:

Cinayətkar qruplar xarici nömrələr vasitəsilə vətəndaşlara zəngedərək onların bank kartı məlumatlarını əldə edir və hesablarındaolan vəsaitləri kiberüsullarla talamaqda davam edirlər".

Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisiElşad Hacıyev bildirib.

O vurğulayıb ki, mayın 18-19 tarixlərində vətəndaşlara məxsuskartlardan müvafiq olaraq 9604, 6500, 5075, 2720, 1700, 1700, 1432,1347, 1340, 1200, 1123, 975, 560, 490, 460, 400, 318, 300, 250,160, 100, 43 manatlıq vəsaitlər oğurlanıb:

"Bütün faktlar bir üsulla - şəxsi məlumatları vətəndaşlarıntanımadığı şəxslərə verməsi nəticəsində baş verib. Ən yüksəkməbləğ, "faiz hesablanmadan əlavə kredit xətti açılması" ilə bağlı9604 manatdır. "Bankdandır, karta müdaxilə var, hesabınızdan puloğurlanma riski yaranıb, aradan qaldırmağa çalışırıq", - deməkləisə 6500 manat pul oğurlanıb. Digər faktlar da eyniməzmunludur".

DİN-in rəsmisi müraciətində qeyd edib ki, hesaba pul köçürülməsiniyyəti ilə qarşı tərəfə 16 rəqəmdən əlavə məlumatlarverilməməlidir:

"Əgər hər hansı cəlbedici təkliflərə inanmaq istəyirsinizsə,müştərisi olduğunuz bankla əlaqə saxlayın, informasiyanı yoxlayın,əks halda pul vəsaitinizi itirəcəksiniz".

Chosen
118
21
az.trend.az

10Sources