EN

Azərbaycan milli komandası yoldaşlıq turnirində iştirak edəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın rəqibləri Qazaxıstan, Türkiyə və Moldova kollektivləri olacaq.U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək. U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək.Millimizin oyunlarının təqvimi:4 iyun20:30. Azərbaycan (U-19) – Qazaxıstan (U-19)7 iyun18:00. Azərbaycan (U-19) – Türkiyə (U-20)10 iyun20:30. Azərbaycan (U-19) – Moldova (U-19)

Chosen
224
7
elchi.az

10Sources