ABŞ-da tibbi maskalar qanunən qadağan olunur.
Məlumata görə, Şimali Karolina ştatında mübahisəli qanun artıq qəbul edilib. Orada ictimai yerdə maska ​​taxmaq qanunsuz sayılır və cərimə ilə cəzalandırılır.
Səbəb isə maskaların üzü gizlətməsidir. Bildirilir ki, maskalar şəhərlərə quraşdırılan üztanıma sistemlərinə problem yaradır.
Qeyd edək ki, qanun əvvəllər Ku-Kluks-Klanının fəaliyyəti ilə əlaqədar qüvvədə olub. Sonradan bir sıra ştatlarda ləğv olunmasa da, unudulub.
Mənbə: KP.ru