EN

Azərbaycan və Türkiyə millilərinin oyunlarına təyinatlar açıqlandı

Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Türkiyə – Azərbaycan oyununa təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu oyundan bir neçə gün sonra Bakıda keçiriləcək cavab qarşılaşmasının da hakimləri müəyyənləşib.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, B Liqasının 1-ci qrupu çərçivəsində mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək. İyunun 4-də Bakıda keçiriləcək qarşılaşma isə Danimarkadan olan hakimlərə tapşırılıb.

Həmin təyinatları təqdim edirik:

31 may
21:00. Türkiyə – Azərbaycan
Hakimlər: Aleksandra Kollin, Elodie Koppola, Klotilde Brassar, Klemens Qonçalveş (hamısı Fransa).
Ərzincan, “13 Şubat stadionu”.

4 iyun
19:00. Azərbaycan – Türkiyə
Hakimlər: Nanna Löf Andersen, Sidsel Rasmussen, Anna Kyaer Şmidt, Frida Klarlund (hamısı Danimarka).
Bakı, “Dalğa Arena” stadionu.

Chosen
149
15
arena.az

10Sources