EN

Səhiyyə naziri Naxçıvan Muxtar Respublikasında səfərdə olub (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101, NaxçıvanMuxtar Respublikasının yaranmasının 100 və Naxçıvan səhiyyəsinin100 illiyi münasibətilə “Naxçıvan Muxtar Respublikasının səhiyyəsistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusundakonfrans keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının səhiyyə naziriTeymur Musayev və konfrans iştirakçıları əvvəlcə Ulu Öndər HeydərƏliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarətedib, önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Ardınca Heydər Əliyev Muzeyi ziyarət edilib, Ümummilli Liderinmənalı ömür yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən dəyərlieksponatlarla tanışlıq olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan RespublikasıPrezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və AzərbaycanRespublikasının səhiyyə naziri Teymur Musayev Əziz Əliyev adınaNaxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasının fəaliyyəti iləmaraqlanıb, xəstəxanada yeni yaradılan Təcili Tibbi YardımBölməsinə baxıblar. Bildirilib ki, bölmə funksional çarpayılar,xəstəbaşı monitorlar, infuzomatlar, perfuziya aparatı ilə təminedilib. Burada xəstələrin yaşıl, sarı və qırmızı sahələr üzrə triajsistemi tətbiq edilir.

Sonra Naxçıvanda yeni yaradılan Təcili Tibbi Yardım Mərkəzininfəaliyyəti ilə tanışlıq olub. Mərkəzdə qurulan müasir sistemləbağlı məlumat verilib ki, muxtar respublika üzrə fəaliyyət göstərəntəcili tibbi yardım avtomobilləri daxili və xarici müşahidəkamerası və GPS sistemi ilə təchiz edilib. Modern texniki və tibbiavadanlıqlarla tam təchiz olunmuş reanimobillər təcili tibbi yardımişinin təşkilində xidmətin keyfiyyətini artıracaq. Mərkəzdəfəaliyyət göstərən “103 Çağrı Mərkəzi”ndə quraşdırılan proqramtəminatı vahid koordinasiya mərkəzindən idarəolunmanı təmin edib.Yeni sistem vasitəsilə real vaxt rejimində təcili tibbi yardımavtomobillərinin hərəkətinə onlayn xəritə və canlı video vasitəsilənəzarət etməyə imkan yaradır.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının tamavtomatlaşdırılmış rejimdə fəaliyyət göstərən beynəlxalqakkreditasiyalı laboratoriyası ilə tanışlıq zamanı qeyd edilib ki,burada klinik laborator diaqnostikasının bütün sahələri üzrəkeyfiyyətli və dəqiq xidmət göstərilir.

Xəstəxananın Təcili Tibbi Yardım Şöbəsində aparılan yenidənqurmaişləri barədə məlumat verilib ki, xidmət xəstələrin vəziyyətinəgörə təcili yardımın müvafiq 3 sahəsinə uyğun təşkil edilib vəuyğun tibbi avadanlıqlarla təchiz olunub. Həmçinin xəstəxanadamüxtəlif tibbi profilli təlimlərin keçirilməsi məqsədilə 60 və 15nəfərlik olmaqlamüasir təchizatlı 11 təlim-treninq otağı yaradılıb.Treninq otaqlarına şəhid olmuş tibb işçilərinin adları verilib.

Sonra xəstəxananın konfrans zalında “Naxçıvan MuxtarRespublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duranvəzifələr” mövzusunda konfrans öz işinə başlayıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əzizxatirəsi bir dəqiqəlik sükutla yad edilib, AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan RespublikasıSəhiyyə Nazirliyinin təqdim etdiyi videoçarxa baxış olub.

Konfransın Azərbaycanın müstəqillik və dövlətçilik tarixindəmüstəsna yeri olan 28 May – Müstəqillik Günü ərəfəsindəkeçirildiyini deyən Naxçıvan Muxtar Respublikasında AzərbaycanPrezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əlamətdar günmünasibətilə hər kəsi təbrik edib. Qeyd edib ki, ÜmummilliLiderimiz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milliistiqlalımız uğrunda aparılan mübarizəni yüksək qiymətləndirib,müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi uğrunda misilsizxidmətlər göstərib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi və2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanınsuverenliyi tam bərpa olunub, regionda yeni reallıqlar yaranıb.Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan üçrəngli bayrağımızınŞuşada və işğaldan azad olunmuş digər ərzilərdə dalğalanmasınınqürurunu yaşayırıq. Qarabağda geniş quruculuq işləri gedir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq görülənişlər barədə məlumat verən səlahiyyətli nümayəndə diqqətə çatdırıbki, icrası davam etdirilən 11 prioritet istiqamətdən biri dəsəhiyyənin müasir inkişafının təmin olunmasıdır. Hazırda Naxçıvansəhiyyəsinin maddi-texniki bazasının və kadr potensialınıntəkmilləşdirilməsi ilə bağlı mühüm layihələr icra olunur, innovativyeniliklərə əsaslanan rəqəmsal səhiyyə sistemi qurulur. NaxçıvanDövlət Universitetinin Tibb fakültəsinin Naxçıvanın səhiyyəsistemində özünəməxsus rol oynadığını bildirən Fuad Nəcəflivurğulayıb ki, sözügedən Dövlət Proqramına uyğun olaraq fakültəüçün əlavə kampus inşa olunacaq.

Səlahiyyətli nümayəndə ötən qısa dövrdə muxtar respublikadaaparılan səhiyyə islahatları barədə məlumat verib, bu işlərintəşkilində dəstəyinə görə Azərbaycan Respublikası SəhiyyəNazirliyinə, eləcə də əməyi olan hər kəsə təşəkkür edib, konfransınişinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevkonfrans iştirakçılarını müstəqil və suveren Azərbaycanın ayrılmaztərkib hissəsi olan Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadəedib. Nazir diqqətə çatdırıb ki, son illər muxtar respublikadainstitusional və qanunvericilik baxımından mühüm islahatlar həyatakeçirilir. Bu islahatlar səhiyyə sistemində də özünü effektivşəkildə göstərir, yeni tibb müəssisələri istifadəyə verilir, mövcudtibbi resurslar yenilənir, müasir texnologiyalar tətbiq edilir.“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan MuxtarRespublikasında səhiyyə sahəsində göstərilən xidmətlərinkeyfiyyətinin və əhatə dairəsinin artırılması, ixtisaslı kadrlarınyetişdirilməsi, özəl səhiyyə müəssisələrinin yaradılması kimi mühümməsələlərin yer alması bu sahədə fəaliyyətin daha təkmil, müasir vəetibarlı təşkilinə zəmin yaradacaq. Nazir qeyd edib ki,Azərbaycanda tibbi islahatlar 3 əsas istiqamət üzrə – səhiyyədəçalışan insan kapitalının formalaşması, səhiyyənin rəqəmsallaşmasıvə yeni səhiyyə iqtisadiyyatı, yəni səhiyyənin maliyyələşməsindəyeni mexanizmlər yönündə aparılır. Sevindirici haldır ki, son illərNaxçıvan Muxtar Respublikasında bu istiqamətlərdə əsaslı işlərgörülüb. Xüsusilə tibbi təhsilin inkişafı istiqamətində mühümaddımlar atılır. Bütün bunlar Naxçıvanın yaxın gələcəkdə regionaltibbi təhsil və tədqiqat mərkəzi kimi formalaşmasına xidmətedəcək.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini,nazir vəzifələrini icra edən Samiq Sadıxov Naxçıvanda fəaliyyətgöstərən tibbi personal adından bu sahədə həyata keçirilənislahatları dəstəklədiklərinə görə Naxçıvan Muxtar RespublikasındaAzərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi FuadNəcəfliyə və Azərbaycan Respublikasının səhiyyə naziri TeymurMusayevə təşəkkür edib.

Samiq Sadıxov qeyd edib ki, Azərbaycan RespublikasıPrezidentinin tapşırıqlarına uyğun olaraq son illər muxtarrespublikada kompleks səhiyyə islahatları aparılır. Bununnəticəsidir ki, Azərbaycan Respublikasında rezidentlərinhazırlanması üçün klinik baza kimi müəyyən edilmiş tibbmüəssisələrinin siyahısında Naxçıvan Muxtar Respublikası ərazisindəyerləşən 11 tibb müəssisəsi də yer alır. Muxtar respublikada əhalipulsuz tibbi prosedurlarla və müvafiq dərman vasitələri ilə təminedilib. Həkim və tibb bacılarının peşəkarlığının artırılması üçünTürkiyənin Hacettepe və Qazi Universitetlərinin xəstəxanaları iləəməkdaşlıq haqqında müqavilələr imzalanıb. Razılaşmaya əsasən 80-əyaxın tibb işçisi sözügedən universitetlərdə təlim və təcrübələrdəiştirak edib. Bu proses mərhələli şəkildə davam etdiriləcək. Bundanbaşqa, tibbi personalın əməkhaqqı əhəmiyyətli şəkildə artıb,həkimlər üçün əlavə stimullar tətbiq olunur. Bütün bunlarınnəticəsidir ki, ölkəmizin digər bölgələrindən də rezidentlərNaxçıvanın tibb müəssisələrini seçirlər.

Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb,Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təqdim etdiyi“Ümid əllərdə” videoçarxına baxış olub.

“Naxçıvan Muxtar Respublikası Həkimlər Assosiasiyası” İctimaiBirliyinin sədri İsa Abdullayev klinik tibbi bazaların NaxçıvanMuxtar Respublikası üzrə fəaliyyəti barədə məlumat verib, onaNaxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin diplomu təqdimolunub.

Sonda Səhiyyə sisteminin elektron idarəediməsi və “103 ÇağrıMərkəzi”nin proqram təminatları, Təcili Tibbi Yardım xidmətindəvideotelematik sistemin tətbiqi və e-səhiyyə sisteminintəqdimatları olub.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Chosen
173
10
az.trend.az

10Sources