EN

UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir

Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məşğələlərə bu dəfə də yerli təlimatçılar - Faiq Əzizov, Üzeyir İbrahimov, Elşən Poladov və Amil Ağacanov rəhbərlik edirlər.

Qeyd edək ki, məşqçi kursunun I mərhələsi martda baş tutub.

Chosen
177
8
apasport.az

9Sources