Azərbaycanın Əməkdar həkimi Vaqif Şirəli oğlu İbrahimov 82 yaşında vəfat edib.
Bu barədə onun yaxınları Oxu.Az-a məlumat veriblər. Bildirilib ki, tibb elmləri namizədi Vaqif İbrahimov Birinci Qarabağ müharibəsinin veteranı olub. Həmçinin, o, Mərkəzi Hərbi Hospitalın rəisi vəzifəsində çalışıb.