EN

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə birləşəcək..?

Gürcüstan 2030-cu ilə qədər Abxaziya və Cənubi Osetiya ilə birləşəcək.

SİA-nın əldə etdiyi məlumata görə, "Kommersant" nəşri gürcü mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

O, abxaz və osetin bacı-qardaşlarla birgə yaşamağı “gürcü arzusu” adlandırıb və əlavə edib ki, ölkə bu tərkiblə Avropa İttifaqına daxil olmalıdır.

Bundan əvvəl, fevralda Kobaxidze Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılmasını özünün əsas vəzifələrindən biri adlandırıb və qeyd edib ki, ölkənin ərazi bütövlüyü sülh yolu ilə bərpa edilməlidir.

Xatırladaq ki, 2008-ci il hadisələrindən sonra Rusiya Federasiyası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Sonra da deyirsiniz ki...

Nazlı

Chosen
192
28
sia.az

10Sources