EN

Səhiyyə Nazirliyinin nümayəndə heyəti Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyasında iştirak edir

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə KonfederasiyasınınCenevrə şəhərində yerləşən mənzil qərargahında mayın 27-dəÜmumdünya Səhiyyə Assambleyasının 77-cı sessiyasının açılışmərasimi keçirilir. Builki Səhiyyə Assambleyasının mövzusu “Bütünsəylər sağlamlıq naminə, hər kəs üçün sağlamlıq”dır.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Assambleyadasəhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətiilə təmsil olunur.

77-ci sessiya çərçivəsində Ümumdünya Səhiyyə Assambleyası2025-2028-ci illər üçün iş proqramının layihəsini, vərəm vəpoliomielit xəstəliyinin aradan qaldırılması strategiyasını,diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üzrə yolxəritəsini, dəyişən iqlim şəraitində sağlamlığın qorunmasıtədbirləri və digər aktual məsələləri nəzərdən keçirəcək.

ÜST-nin əsas illik forumuna dəvət olunan 194 dövlətinnümayəndələrinin diqqəti həmçinin pandemiyanın qarşısınınalınmasına dair Saziş üzrə 2021-ci ildən davam edən işlərəyönələcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının sessiyasıçərçivəsində səhiyyə naziri Teymur Musayevin plenar iclasda çıxışı,təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfligörüşləri və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.

Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası iyunun 1-dəyekunlaşacaq. Səhiyyə Assambleyası ÜST-nin siyasətini müəyyən edənali qərar qəbuledici orqanıdır.

Məqalədə:
Chosen
239
21
az.trend.az

10Sources