Qeyri-sağlam qidalanma və hərəkətsizlik kimi amillər bədən sağlamlığına mənfi təsir göstərir. Piylənmə və ürək xəstəliklərinin yaranmasında əsas faktor olan bu iki amilin qarşısını almaqla daha sağlam hiss etmək olar.- Hər üç qida antioksidantlarla zəngin olduğundan mədə və bağırsaqlardakı zərərli toksinləri bədəndən çıxarır.
- Qəbizlik, ishal və reflüks kimi xəstəliklərin, hətta xərçəngin qarşısını alır.
- Pis xolesterinin səviyyəsini azaldır.
- Diabet riskini aradan qaldırır.
- Liflə zəngin olduğu üçün gün ərzində toxluq hissi verərək arıqlamağa da kömək edir.
- Bədəndəki sərbəst radikalları azaltdığı üçün stress və depressiya kimi hallarda yaxşı təsir edir.
- Orqanizmdə gənc hüceyrələrin sayını artıraraq qocalmanı gecikdirir.
- Dermis təbəqəsinin zədələnmiş hüceyrələrini bərpa edərək qırışların və sızanaqların yaranmasına mane olur.
Necə hazırlanır?
Tərkibi: 2 xörək qaşığı zeytun yağı
4 ədəd badam
2 ədəd qoz Hazırlanması: Qoz və badamı yaxşıca əzdikdən sonra üzərinə zeytun yağını əlavə edib qarışdırın. Ağzı qapalı halda bir gecə soyuducuda saxlayın. Ertəsi gün səhər acqarına 2 qaşıq istehlak edin.
Qarışımı hər dəfə təzə məhsullarla hazırlayıb yemək daha effektivdir. Çox miqdarda hazırlayıb istifadə etmək tövsiyə olunmur.
Saglamolun.Az