EN

Onları Slovakiya ilə qarşılaşmadan sonra milliyə cəlb edə bilərik - Arif Əsədov

Bakı. Trend:

Bütün ölkələrdə mövsümün sonudur. Azərbaycan Premyer Liqasındada mübarizə iki gün əvvəl bitdi.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi ArifƏsədov deyib.

Təcrübəli mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasındatəlim-məşq toplanışının proqramı barədə məlumat verib və heyətləbağlı fikirlərini bildirib. Əsədov hazırlığa mayın 30-dabaşlanılacağını deyib. Ancaq o, ilk günlərdə tam heyətin bir aradaolmayacağını söyləyib:

"Qarşıda yalnız ölkə kubokunun final görüşü var. Türkiyədəoynayan futbolçularımız üçün də mövsüm bitdi. Ancaq bəzioyunçularımızın çıxış etdikləri liqalar davam edir. Yer aldıqlarıçempionatlarda mövsüm bitən futbolçularımız mayın 30-dan iyunun1-nə kimi toplanışa qatılacaqlar. İyunun 2-si istirahət günüolacaq. Ancaq iyunun 3-dən etibarən tam heyətlə təlim-məşqtoplanışına başlayacağıq. Azərbaycan Kubokunun finalında oynayacaq"Qarabağ" və "Zirə"nin oyunçuları, eləcə də müdafiəçi AntonKrivotsyuk və hücumçu Musa Qurbanlı iyunun 3-də kollektivəqoşulacaqlar. Yarımmüdafiəçi Emil Mustafayev Bakıya tez gəlsə,mayın 30-dan etibarən məşqlərdə iştirak edə biləcək. Digəryarımmüdafiəçi Coşqun Diniyev və hücumçu Vüsal İsgəndərli bir neçəgündür buradadırlar. Onlar məşqçilərimizin verdiyi əlavə məşqproqramı əsasında hazırlaşırlar".

53 yaşlı məşqçi əlavə edib ki, U-21-in 3 üzvü iyundaQazaxıstanla keçiriləcək ikinci yoldaşlıq görüşü üçün A milliyəçağırıla bilər:

"Hər mövqeyə iki futbolçu cəlb etməyi məqsədəuyğun bildik. Heçkimin kənarda qalmaması üçün geniş heyət yığmadıq. Heyətdə yeralanların hamısına şans vermək istəyirik. 24 oyunçudan əlavəehtiyat qüvvə də nəzərdə tutulub. Qapıçı Yusif İmanov, müdafiəçiCəlal Hüseynov və hücumçu Nəriman Axundzadə iyunun 7-də Slovakiyailə səfərdə keçiriləcək yoldaşlıq görüşündə 21 yaşadəkfutbolçulardan ibarət milli komandamızın heyətində olacaqlar.Ehtiyac yaransa, onları Slovakiya ilə qarşılaşmadan sonra A milliyəcəlb edə bilərik".

Arif Əsədov 3 futbolçunun zədə səbəbindən heyətdən kənardaqaldığını sözlərinə əlavə edib:

"Hücumçu Renat Dadaşovda mikrozədə var. İndidən müalicəyəbaşlamalıdır ki, yeni mövsümə qədər tam hazır ola bilsin. Həkimləməsləhətləşdikdən sonra onu çağırmamaq və müalicə alması üçün imkanyaratmaq qərarına gəldik. Yarımmüdafiəçi Eddi İsrafilovun da zədəilə bağlı problemi var. Premyer Liqanın son turundakı oyun "Neftçi"üçün böyük önəm daşıdığından, İsrafilov həmin görüşə iynələrinköməkliyi ilə çıxmışdı. Həm onu, həm də zədəsi olan digəryarımmüdafiəçi Filip Ozobiçi kollektivə cəlb etmədik".

O, bəzi futbolçuların dəvət edilməməsinə və heyətə 4 qapıçınıncəlb olunmasına da aydınlıq gətirib:

"Hücumçu Namik Ələskərov uzunmüddətli zədədən qayıtdıqdan sonrayalnız klubunun son iki oyununda start heyətində meydana çıxmışdı.Hər mövqeyə də 2 oyunçu çağırıldığından, bu dəfə digərlərinə şansverməyi lazım bildik. Ozan Can Kökçü ilə bağlı durum da eynidir.Uzun müddətdir bizimlədir, çoxdandır tanıyırıq. Bu dəfə Vüsalİsgəndərlini sınamaq qərarına gəldik. "Sumqayıt"da iki mərkəzmüdafiəçisini diqqətimizdə saxlamışdıq – Murad Xaçayev və ElvinBədəlov. Bu dəfə Bədəlovu heyətə cəlb etdik. Müdafiənin mərkəzindədaha 3 oyunçumuz var. Mövsümün sonu olduğu üçün futbolçulardayorğunluğun olması normaldır. Bunu nəzərə alaraq, hər ehtimalaqarşı 4 qapıçıya dəvət göndərmişik. Onlar da klublarının heyətindəçox oyun şansı əldə edənlərdir".

Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də Bakı vaxtıilə saat 21:00-da Albaniya ilə, 11-də isə saat 18:00-daQazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyunMacarıstanın Sombatxey şəhərindəki "Haladas SportKomplexum"dakeçiriləcək.

Chosen
140
22
az.trend.az

10Sources