Meksikanın Baja Kaliforniya yarımadasını “Norma” qasırğasının vurması gözlənilir.Gununsesi.info xəbər verir ki, bu səbəbdən vətəndaşlara küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.Baja Kaliforniyanın hökumət rəsmisi Viktor Manuel Kastro 3-cü kateqoriyada olan və sürəti saatda 195 kilometrə çata bilən “Norma” qasırğası ilə bağlı insanlara xəbərdarlıq edib.“Heç kim evini tərk etməməlidir”, – deyə o bildirib.Həmçinin Baja Kaliforniya turizm naziri Maribel Kollina qeyd edib ki, bütün xəbərdarlıqlara baxmayaraq bölgədə hələ də təxminən 40 min turist qalıb.Eyni zamanda hava limanlarının da bağlanacağı bildirilib.Qeyd edək ki, 3-cü kateqoriyalı qasırğa binaların strukturuna zərər verə bilər və divarlar çökə bilər. Böyük ağacları və lövhələri aşıra bilən bu qasırğa zamanı küləyin sürəti saatda 178-209 km-ə çata bilir. Gununsesi.info