Yeni Klinikada ilk dəfə olaraq perkutan üsülla EVAR əməliyyatı icra edilibTƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada ilk dəfə olaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində qasıqlar açılmadan, perkutan (dəri vasitəsilə həyata keçirilən minimal invaziv prosedur) üsülla EVAR (Endovaskulyar Anevrizmanın Təmiri) proseduru uğurla icra edilib.Tibb müəssisəsinə müraciət edən açıq ürək əməliyyatı keçirmiş, kreatin dəyərləri üst sərhədlərdə olan 70 yaşlı kişi xəstəyə abdominal aorta və iliak arteriya damarlarının anevrizması diaqnozu qoyulub.Uzman invaziv radioloq Ağakişi Yəhyayev və uzman invaziv radioloq Nicat Alışev tərəfindən planlı şəkildə icra olunan əməliyyat zamanı açıq cərrahiyyə ilə deyil, qapalı yolla endovaskulyar qreft yerləşdirilərək həm abdominal aorta, həm də iliak arteriya damarlarının anevrizması bir seansla bərpa edilib.Məlumat üçün bildirək ki, bu əməliyyatın daha əvvəl icra olunan digər əməliyyatlardan fərqi qasıq damarları cərrahi yolla açılmadan sadəcə 4 mm dəlik vasitəsi ilə perkutan üsülla həyata keçirilib.Qeyd edək ki, abdominal aorta və iliak arteriya damarlarının anevrizması ölüm faizi kifayət qədər yüksək olmaqla yanaşı, yüksək maliyyət tələb edən xəstəliklərdəndir.


