EN

İngiltərəli futbol əfsanəsi vəfat etdi

İngiltərənin əfsanəvi futbolçusu Bobbi Çarlton 87 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə KİV-ləri məlumat yayıb.

Mərhum demensiyadan əziyyət çəkirmiş.

Qeyd edək ki, İngiltərə millisinin yarımmüdafiəçisi 1966-cı ildə dünya çempionu olub. O, həmin il"Qızıl top"la mükafatlandırılıb. 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Superkubokunun sahibi olub. İdmançı "Mançester Yunayted"lə Avropa çempionları kubokunun qalibi olub.


Müəllif: Teleqraf.com
Chosen
552
43
teleqraf.com

10Sources