EN

45 illik evliliyə son qoydu

Aktrisa Meril Strip 45 il əvvəl evləndiyi əri, heykəltəraş Don Qummerdən ayrılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six” ulduzun rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, 74 yaşlı aktrisa ilə 76 yaşlı heykəltəraş 6 il əvvəl ayrılıblar: "Don Qmmer və Meril Strip 6 ildən çoxdur ki, birlikdə deyillər. Onlar hər zaman bir-birlərinin qayğısına qalacaqlar, lakin ayrı həyat tərzi keçirməyi seçiblər".

Ayrıldıqdan sonra 2018-ci ildə Qummer və Strip birlikdə Oskar mərasiminə qatılıblar. Aktrisa ilə heykəltəraşın ayrılmasının səbəbi açıqlanmır.

Cütlüyün 4 övladı var - Henri Vulf müğənni-bəstəkar, qızları Mami Qummer, Qres Qummer və Luise Yakobson isə aktrisadır. Bundan əlavə, cütlüyün 5 nəvəsi var.

Aydın

Chosen
730
1
qaynarinfo.az

2Sources