EN

Cəzaçəkmə və tərbiyə müəssisələrində futbol dərsləri keçirilir (fotolar)

AFFA-nın və Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Kürdəxanı qəsəbəsində yerləşən qadın məhkumların saxlandığı 4 saylı cəzaçəkmə və yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrində futbol dərsləri keçirilir.
Dərslər həftədə iki dəfə olmaqla AFFA tərəfindən ayrılan məşqçilər İradə Quliyeva və Elvin Həmidov tərəfindən aparılır. Layihənin təşkilində əsas məqsəd həmin şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsi, cəmiyyətə inteqrasiya edilməsi və sağlam həyat tərzinin təbliğidir.
 
Chosen
112
9
affa.az

10Sources