Gürcüstan bu gün Tehranda keçirilməsi planlaşdırılan “3+3” iclasında iştirak etməyəcək. KİV yazır ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Gürcüstan bu görüşdə heç vaxt iştirak etməyib və iştirak etmir”, - məlumatda deyilir.
Xatırladaq ki, bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında ikinci görüş keçiriləcək.
TAHİR