EN

Mayda nə qədər insan zəhərlənib? -

May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 100 nəfər qəbul edilib.Mərkəzdən Metbuat.az-a verilən xəbərə görə, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, 9-u etanoldan, 3-ü dəm qazından zəhərlənən şəxslərdir.
    Həmçinin 6 nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, 1 nəfər göbələk, 4 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

    Ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb.

    Chosen
    213
    38
    metbuat.az

    10Sources