EN

Yevlaxda Qarabağ kanalının bəndi uçdu - Ətraf əraziləri su basdı (FOTO)

Yevlax. Trend:

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri subasıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Qarabağ su kanalınınYevlax rayonunun Kolanı kəndindən keçən hissəsində bəndin birhissəsi uçub.

Nəticədə ətraf ərazilər subasmaya məruz qalıb. Subasmanəticəsində yaxınlıqda olan taxıl və otlaq sahələri su altındaqalıb. Qarabağ suvarma kanalı istismar idarəsinin rəisi Şakirİmanov bildirib ki, hazırda ərazidə bənd bərkitmə işləri sürətləaparılır və axşam saatlarına qədər iş başa çatacaq.

"Qarabağ kanalı 70 ilə yaxındır ki, istismar olunur. Kanaltorpaq məcralı olduğuna belə hadisələr baş verir. Səhər saatlarındabizə məlumat verildi ki, kanalda sızma baş verib. Biz dərhal bütünağır texnikaları və canlı qüvvəni əraziyə cəlb etdik.

Mingəçevir su anbarından suyun azaldılması istiqamətindətədbirlərə başladıq. Bəndin bərpa olunması üçün ağır texnikalarvasitəsilə hazırda işlər sürətlə aparılır. Su sızması nəticəsindəməcrasından çıxan su kanalın sağ sahilindən kanala paralel keçənkollektorlara dolub.

Hazırda sel ötürücü qurğu vasitəsilə su ərazidənkənarlaşdırılır. Axşam saatlarına qədər bənd bərkitmə işləri başaçatacaq".

Qurumun rəsmisi onu da deyib ki, məcrasından çıxan su kanalınmühafizə zolağını aşmayıb.

"Yaxınlıqda olan taxıl sahəsinin 20 metr məsafəsinə su dolub.Həmin ərazi Qarabağ kanalının mühafizə zolağıdır. Bizim idarəninbalansında olan torpaqdır".

Ş.İmanov bildirib ki, istismar müddətini başa vuran su kanalıgələn il yenidən qurulacaq.

"70 ilə yaxın müddətdir ki, istismar olunan kanalın üzərindəhidrotexniki qurğular, səviyyə qaldıran qurğular artıq öz istismarmüddətini başa vurub. Ona görə yeni beton üzlüklü kanal tikiləcək.Tikinti işlərinə gələn il start veriləcək. Hazırda layhələndirməişləri aparılır".

Yevlaxda
Yevlaxda
Yevlaxda
Yevlaxda
Yevlaxda
Yevlaxda
Yevlaxda
Yevlaxda
Yevlaxda
Yevlaxda
Chosen
59
12
az.trend.az

10Sources