EN

Doktorantura və disserantura imtahanlarında neçə min nəfər iştirak edəcək?

Bakı. Trend:

İyunun 9-da doktorantura və dissertantura səviyyəsində xaricidil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən xəbərə görə,imtahanlarda ümumilikdə 2363 nəfər iştirak edəcək.

Doktoranturaya qəbul imtahanına 2121 nəfər (2088 nəfər ingilisdili, 11 nəfər fransız dili, 22 nəfər alman dili), fəlsəfə doktoruimtahanına 242 nəfər (239 nəfər ingilis dili, 2 nəfər fransız dili,1 nəfər alman dili) qeydiyyatdan keçib. 2 əcnəbi isə iyunun 10-daAzərbaycan dili üzrə imtahan verəcək.

İmtahanda 4 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitməəngəlli) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahanverməsi üçün binada xüsusi şərait yaradılıb və fərdi nəzarətçilərtəyin edilib.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələniştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlməklazımdır.

İmtahanverənlər 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş30 test tapşırığını cavablandırırlar. Bundan sonra iştirakçılara 15dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdimolunur. Yazı bloku üçün də iştrakçılara 1 saat 30 dəqiqə vaxtverilir.

İmtahanların keçirilməsi üçün ümumilikdə 11 imtahan binası, 28imtahan rəhbəri, 11 ümumi imtahan rəhbəri, 214 nəzarətçi, 33buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd 1. İyunun 9-da keçirilən imtahan dinləyib-anlama,oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) vəyazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyənşəxslər danışıq bloku üzrə imtahana buraxılmayacaqlar. Namizəd vəiddiaçıların danışıq bloku üzrə qiymətləndirilməsi şifahi formadakompüter proqramı vasitəsilə 11-15 iyun tarixlərində həyatakeçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslərdə ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandankeçmiş hesab olunmayacaqlar.

Qeyd 2. İmtahanda toplanıla biləcək maksimal bal 50-dir vəimtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıqüzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal).Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər biryazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılır.

n(yazı)=0.4*n(vizual)+0.6*n(esse)

Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur.Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq balməhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamışnamizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahanaburaxılırlar.Qəbul imtahanında 30 və daha çox bal toplayannamizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdənbeş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xaricidil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçüntələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyətinəzərə alınmaqla).

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycandili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 10-dakeçiriləcək.

Chosen
109
49
az.trend.az

10Sources