EN

14 yaşlı qızı öldürüb anasını bıçaqlayan ömürlük məhkum edildi

Bakıda qeyri-rəsmi nikahda olduğu qadına bıçaqla xəsarət yetirməkdə və  onun 14 yaşlı qızını öldürməkdə ittiham olunan Zaur Babayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.Hökmə əsasən Z.Babayev verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük məhkum edilib.O, qalan ömrünü həbsxanada keçirəcək.

Chosen
214
7
olaylar.az

10Sources