EN

Həmas iki ABŞ vətəndaşını azad edib: Görünür, Həmas Vaşinqtonun Yaxın Şərq siyasətini korrektə edəcəyinə ümid edir

Həmas İsrailə hücumdan sonra Qəzzaya xeyli girov aparıb. Onların içərisində müxtəlif ölkələrin vətəndaşları var. Girovların azad olunması uğrunda mübarizə davam edir.

Vətəndaşları Həmas qruplaşmasının girovluğuna olan ölkələr İsrailə təzyiq edirlər ki, Tel-Əviv Qəzzada quru əməliyyata başlamasın. Çünki İsrail quru əməliyyata başlayarsa girovların sağ qalma ehtimalı azalacaq. Bu təzyiq hələ ki, nəticəsini verir, mühafizəkar baş nazir Benyamin Netanyahu Qəzzaya hücum əmrini verməyə təsəlmir. Bu arada, Həmas ilkin olaraq iki ABŞ vətəndaşını azad edib. Görünür, Həmas Vaşinqtonun Yaxın Şərq siyasətini korrektə edəcəyinə ümid edir. Rusiya, Çin, Türkiyə və bir çox ölkə “bölgədə İsraillə yanaşı Fələstin dövləti də olmalıdır” deyərkən Vaşinqton İsrailə dəstəyini davam etdirir. Buna baxmayaraq, Vaşinqtonda da anlayırlar ki, Fələstin dövləti mövcud olmayana qədər Yaxın Şərq “barıt çəlləyi” olaraq qalacaq.

Elxan Şahinoğlu

visiontv.az



Chosen
1017
1
visiontv.az

10Sources