EN

Bakı səmasındakı DUMANIN səbəbi bu imiş... – RƏSMİ AÇIQLAMA

Səhər saatlarından Bakını qatı toz dumanı ağuşuna olub. Yayın istisində toz dumanı ilə müşayiət olunan hava kütləsinin haradan daxil olması insanları təəccübləndirib.

Bəs havadakı bu duman nədir?

Məsələ ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Bizim.Media-ya açıqlama verib.

O bildirib ki, Bakı və Abşeron yarımadasında havanın yerə yaxın qatında müşahidə olunan bulud təbəqəsi sinoptik şəraitlə əlaqədar atmosfer hadisəsidir:

G.Abbasova qeyd edib ki, son günlər Bakıda və Abşeron yarımadasında isti hava şəraiti müşahidə olunur və havanın temperaturu 36 dərəcəyədək yüksəlib ki, bu göstərici iqlim normasından 6dərəcə yuxarıdır:
“Bu da yüksək temperatur fonunda Xəzər dənizi üzərində su buxarı kondensasiyasıməhsullarının toplanmasına və bulud təbəqəsinin yaranmasına səbəb olub”.

Chosen
69
8
turkustan.az

10Sources