EN

Qarayara xəstəliyi aşkarlananların SON VƏZİYYƏTİ - YENİLƏNİB - FOTO

06.06.2024-cü il tarixdə Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub. Hər üç şəxs Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir.

"Digər iki şəxsdən isə qarayara şübhəsilə laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir", - deyə əlavə edilib.

-------

14:34

Zaqatalada bir nəfərdə qarayara xəstəliyi aşkarlanıb, daha iki nəfər isə şübhəlidir.

Olaylar.az unikal-a istinadən xəbər verir ki, rayonun Faldar kənd sakini 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara xəstəliyi aşkarlanıb və o, Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bundan əlavə həmin kənd sakinləri olan daha iki nəfər 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri aşkar olunub. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirlib. Onlardan nümunələr götürülüb və yoxlanılması üçün laboratoriyaya göndərilib.

Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam edilib.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
217
7
olaylar.az

10Sources