EN

U-21 Slovakiya yığmasına minimal fərqlə məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.
U-21 Senec Məşq Mərkəzində Slovakiya yığması ilə qarşılaşıb. Görüş rəqib komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində qolları 70-ci dəqiqədə Samir Abdullayev və 89-cu dəqiqədə Ağadadaş Salyanski vurublar.
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 11-də, saat 20:00-da, “Liv Bona Dea Arena”da Bolqarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Chosen
241
7
affa.az

9Sources