Fransada Yaxın Şərqdəki eskalasiya fonunda iki həftə ərzində 336 nəfər antisemitizm hərəkətlərinə görə saxlanılıb.Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsində bildirib. “Oktyabrın 7-dən indiyədək 588 antisemitizm aktı qeydə alınıb. Hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsində 336 nəfər saxlanılıb”, - nazirin paylaşımında deyilir.
AzVision.az