Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına (TCK) yeni direktor və baş həkim təyinatı olub.
Aztibb.az-a ATU-dan verilən xəbərə görə, səhiyyə nazirinin əmrinə əsasən, klinikanın direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.
Yeni direktoru ATU-nun rektoru professor Gəray Gəraybəyli kollektivə təqdim edib.