EN

Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib » Medical Media


17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının və Abşeron Rayon Xırdalan şəhər 24 saylı körpələr evi-uşaq bağçasının birgə təşkilatçılığı ilə uşaqlar xəstəxananı ziyarət edib, müxtəlif şöbələri gəzərək ümumi işin gedişatı ilə yaxından tanış olublar. 

Uşaqlar tanışlıq proqramı çərçivəsində oftalmoloji və stomatoloji müayinələrdən keçiblər. Onlara müayinə sonrası müxtəlif hədiyyələr təqdim edilib. 

Sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov uşaqlarla görüşüb, ziyarət sonrası fikirlərini öyrənib, onlara möhkəm cansağlığı arzu edib və bu cür layihələrin keçirilməsinin çox önəmli olduğunu, onların gələcək həyatlarında fikirlərinin formalaşmasına müsbət təsir edə biləcəyini vurğulayıb. 

Daha sonra uşaqlar da öz bayram təbriklərini səsləndirib. Tibb işçilərinin gecə-gündüz demədən insanların sağlamlığının keşiyində dayanmalarının nə qədər məsuliyyətli iş olduğunu və bu çətin peşədə uğurlarının bol olmasını arzu edərək, peşə bayramlarını təbrik ediblər. 

Sonda uşaqlar öz istəklərinə uyğun boyadıqları rəsmləri təqdim ediblər və xatirə şəkilləri çəkdiriblər.
Chosen
138
1
medicalmedia.az

2Sources