Rüşvətə təhrik etməkdə təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş Göyçay İcra Hakimiyyətinin sabiq şəhər icra nümayəndəsi Rəşad Şükürovla bağlı hökmdən verilmiş şikayətə baxılıb.
“Qafqazinfo”nun É™ldÉ™ etdiyi mÉ™lumata görÉ™, Şəki Apellyasiya MÉ™hkÉ™mÉ™sindÉ™ keçirilÉ™n iclasda tÉ™qsirlÉ™ndirilÉ™n ÅŸÉ™xsin vÉ™kili müvÉ™kkili barÉ™sindÉ™ bÉ™raÉ™t qÉ™rarı çıxarılmasını istÉ™yib.
Bu gün keçirilən sonuncu iclasda prokuror ittihamdan imtina etdiyini elan edib. Hakim İmanverdi Şükürovun sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Qeyd edək ki, Rəşad Şükürov və rayon icra hakimiyyətinin sabiq başçısı Mehdi Səlimzadənin köməkçisi Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdilər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər yalnız rüşvətə təhrik etməkdə təqsirli bilinib. Hökmə əsasən Vahid İsayevə 4 il həbs cəzası, Rəşad Şükürova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilmişdi. Bir müddət əvvəl Vahid İsayev də apellyasiya məhkəməsinin qərarı ilə bəraət alıb.