Litva Vladimirdə Litva Katolik Kilsəsinin lideri, arxiyepiskop Mecislovas Reinisin (1884-1953) şərəfinə qoyulmuş xatirə lövhəsinin götürülməsi ilə əlaqədar Rusiya Federasiyasına etiraz edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Aleksandr Yolkin nazirliyə çağırılıb və ona Reynisin xatirə lövhəsinin dağıdılması ilə bağlı etiraz notası verilib, onun bərpası tələb olunub”, – deyə məlumatda bildirilir.