EN

Şabranda evə basqın: Ölən və yaralanan var

İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Gülnarə Şıxkərəm qızı Hüseynovanın kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Arif Qaspar oğlu Hüseynovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Elçin Məmmədağa oğlu Fərzəliyev saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

09:24

Şabranda evə basqın olub, ölən və yaralanan var.

"Report"un məlumatına görə, Şabranın Üç sotlar yaşayış massivində fərdi yaşayış evlərdən birinə basqın olunub.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı ev sahiblərindən olan Gülnarə Şıxkərim qızı Hüseynova öldürülüb, onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Arif Qaspar oğlu Hüseynov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Chosen
66
1
big.az

10Sources