Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb. 1news.az-ın APA-ya istinadən məlumata görə, uşaqlar bacı və qardaşdırlar. Uşaqlardan biri 4 aylıq körpə qız, digəri isə 3 yaşlı oğlan uşağıdır. Qeyd olunub ki, uşaqların qəyyumu olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub.
Hazırda azyaşlılar uşaq xəstəxanasındadır.